Paralimpiadadan sonra iki idmançı itkin düşüb

Paralimpiadadan sonra iki idmançı itkin düşüb
 

Konqo Respublikasından olan iki idmançı Fransada keçirilmiş Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra itkin düşüb.

Paralel.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Bildirilir ki, yarışdan sonra nizə atıcısı Mirey Nqanqa, atlet Qreys Muambako və bələdçi komandanın olduğu yerə qayıtmayıblar. Sentyabrın 5-dən sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb. Atletləri son olaraq paralimpiya kəndində görüblər.

Yerli prokurorluq idmançıların itkin düşməsi ilə bağlı araşdırma aparır. Onların bilərəkdən qaçdıqları ehtimal edilir.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatıb.

 

0.028510093688965