Nazir BDU-da aşkarlanan nöqsanlardan danışdı

Nazir BDU-da aşkarlanan nöqsanlardan danışdı
 

Müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır.

Paralel.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında Hesablama Palatasının Bakı Dövlət Universitetində aşkarladığı qüsurlarla bağlı sualı cavablandırarkən deyib.

"Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır.

Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır”,- deyə nazir əlavə edib.

 

0.087280035018921