Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?
 

Ucarda həddi-buluğa çatmayan 16 yaşlı qız qaçırılıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə özünün "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, Ucar rayonunun Bərgüşad kəndində 17 yaşlı yeniyetmə 16 yaşlı qızı qaçırıb.

Musavat.com qaçırılan qızın taleyi ilə maraqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

"O, anasının yanına qayıtmaq istəmir. Həmin oğlanla xoşbəxtdir. Deyir ki, anası onu başqasına ərə vermək istəyir. Ona görə də bu addımı atıb. 10 gün sonra qızın 17 yaşı tamam olacaq", - deyə Şirvan regional qrupunun məlumatında deyilir.

0.048118114471436