İran dost olmayan dövlət elan edilməlidir - ƏHD

İran dost olmayan dövlət elan edilməlidir - ƏHD
 

“Son günlər Rusiya Federasiyasının “Zəngəzur dəhlizi”nin açılmasının zəruriliyi barədə Ermənistana öz beynəlxalq öhdəliklərini xatırlatması İranda əsl isterikaya səbəb olub. Buna görə Rusiyaya diş qıcayıb hökküldəyən İran rəsmilərini kənardan müşahidə etdikcə nifrətin və qərəzin insanları necə rəzil etdiyinin bir daha şahidi olursan". 

Paralel.az xəbər verir ki, bu fikirlər Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) İdarə Heyəti İranın “Zəngəzur dəhlizi” ilə bağlı isterik davranışlarını pisləyən bəyanatında yer alıb.

Bəyanatda daha sonra deyilir: 

"Ermənistan Azərbaycan torpaqlarını işğal edib bir milyon müsəlmanı ev-eşiyindən didərgin salanda quzu kimi susan bu “islam” dövləti indi riyakarcasına Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməli olan yolun açılışını Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir, “ərazi bütövlü”yünün onlar üçün “qırmızı xətt” olduğunu söyləyir, özündən böyüklərə hədə-qorxu gəlməkdən belə çəkinmir, müsəlmanlar arasında maneəsiz gediş-gəlişə imkan verməməyə çalışır. Təəssüf ki, İranın bu riya ilə dolu fitnəkar siyasəti türk soydaşımızın prezidentliyi dövründə də davam etdirilir. ƏHD Partiyası hesab edir ki, bəzi İran rəsmilərinin təhqirlərlə dolu hədyanlarına Rusiya, Türkiyə və Azərbaycan xarici işlər nazirlikləri sərt cavab verməli, İranı təxribatçı, regional inkişafa ziyan vuran, islama və insanlığa zidd fəaliyyətinə son qoymağa çağırmalıdırlar. ƏHD Partiyası Azərbaycan hökumətini İranla münasibətlərə yenidən baxmağa, İranı dost olmayan dövlət elan etməyə çağırır”.

Mürtəza
Paralel.az

0.04062294960022