Kim Çen In müharibə hazırlığını sürətləndirmək üçün tapşıq verdi
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə hərbi obyektə baş çəkib və dövlətin müdafiə qabiliyyətinin artırılması ilə bağlı müvafiq göstərişlər verib.
Bu barədə Oxu.Az "İnterfaks"a istinadən xəbər verir.
Ölkə lideri vurğulayıb ki, yaxın vaxtlarda KXDR-in sahib olacağı böyük yerüstü və sualtı gəmilər üçün nəzərdə tutulmuş hərbi dəniz bazasının tikintisi təxirəsalınmaz məsələdir.
Şimali Koreya lideri gəmiqayırma zavodunu ziyarət edərkən bir daha qeyd edib ki, "bu gün ölkənin suverenliyini etibarlı şəkildə qorumaq və müharibəyə hazırlığı sürətləndirmək üçün Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi ən vacib məsələdir".
Kim Çen In hərbi sənaye kompleksi müəssisəsi olan artilleriya məktəbinə də baş çəkib.