Rusiyanın pilotsuz təyyarələri NATO hava məkanına daxil oldu
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bəyan edib ki, Rusiya Şahedləri Rumıniya ərazisinə uçub.
Onların sözlərinə görə, bu, Rumıniyanın Sabangiya ərazisində (Qara dəniz sahili yaxınlığında) baş verib.
Paralel.az xəbər verir ki, daha sonra bir pilotsuz təyyarə Rumıniya ərazisini tərk edərək, Vilkovodan keçərək Odessa vilayətinin sahil suları üzərində hərəkətini davam etdirib.
Rumıniya hakimiyyəti gecə ərzində qonşu Tulça və Konstansa sakinlərinə “Rusiyanın Rumıniya ilə sərhəd yaxınlığında Ukraynaya hücumundan sonra hava məkanından obyektlərin düşmə riski” barədə xəbərdarlıq edib.
Bu gecə Ukrayna Silahlı Qüvvələri Odessa vilayətinin İzmail və Vilkovo bölgəsində “Şahed” reydini həyata keçirdiyini bildirib.(musavat.com)