Dilin zirvəsi və düşüncənin nöqtəsi
Mehman Qaraxanoğlunun “Yatmış mələkləri oyatmayın” kitabı haqda düşüncələrim (I yazı)
Bütün insanlar kimi tanınmış ədəbiyyat adamları haradasa doğulmalıdır. Meqapolisdə, müşənin ətrafındakı kənddə, dağ ətəyində, fərq etmir...
Çingiz Aytmatov doğum və ya yaşayış yerinin fərqinə önəm vermədən ona acıqlı və sarkazmla belə deyib:
“Sizin yaxşı və pis biri olmağınız yaşayış yerinin vecinə deyil.”
Eyni məntiqlə də sizin harada olmağınız və ölməyiniz rasional insanların vecinə deyil.
Çünki sizi siz edən yer deyil, yerin üzərində etdiklərinizdir. Əsas məsələ olum və ölüm zolağında bəşər övladının necə hərəkət etməsidir. Bu doğulmaq və ölmək yerinin ümumiləşdirən bir fikir amma çox dəqiq deyilib:
“Dahilər əyalətdə doğulur, Paris ölürlər”.
Mehman Qaraxanoğlu təbiət etibarıilə təmkinli və səbrli bir insandır. Frans Kafka yalnızlığı, anlamsızlığı təsviri üzrə elə sanballı fikirləri ilə tanındı. Kafka yazırdı: “İnsanın iki günahı var, digərləri ondan çıxır: səbrsizlik və biganəlik. Səbrsizlik ucbatından cənnətdən qovuldular. Biganəlikdən geriyə dönə bilmirlər.” Səbrli insanla danışmaq da xoşdur, dalaşmaq da... Çünki səbri ilə sevginin və nifrətin sərhəddin tapır. Və tarazlıq nöqtəsində durur.
Mehman Qaraxanoğlu söz adamı olduğu üçün sözdən də təmkinlə istifadə edir. Onu yerə atmır. Havayı atəş açmır. Sözün qədrin bildiyi üçün belə edir. Sözləri hərflərlə elə tikir ki, axırda düşündürücü bir cümlə yaradır. Həmin cümlələrlə insan ruhuna, insan ürəyinə yol tapır. Mən Mehman müəllimi belə bir ürəklərə yol tapan ustadı kimi gördüm, tanıdım.
Bu yay onun sonuncu çıxmış “Yatmış mələkləri oyatmayın” kitabın oxudum. Bədii zövqü, estetik üslubu, dil zənginliyi mənə xüsusi ləzzət elədi. Mövzusu bəşəri, qlobal mövzu deyil. Kitabda daha çox əyalətdə ədəbi mühitlə əlaqəsi olan insanlara, mövzulara toxunur.
Bir mövzu var ki, onun arealı çox mühümdür. O dil mövzusudur. O, dil mövzusuna bu kitabda xüsusi yer ayırır. Nizamidən Nabukova qədər, Xətaidən Borxesə qədər...
Kitab da dilin üzəllikləri ilə yanaşı onun ifadə etdiyin mətləbin önəmini ifadə edən Mehman Qaraxanoğlu sonda dil mövzusuna nöqtə qoyur: “Kim özünü hansı dildə rahat hiss edirsə, qoy o dildə də yazıb yaratsın! Təki yazdığı əsl sənət örnəyi olsun!”
Fikirlərinizi interpretasiya edərək yazır: “Böyük maarifçi Abdulla Şaiqin XX əsrdən XXI əsrə və bütün zamanlara yolladığı ümumbəşəri mesajı eşitməyən yoxdur: “Həppimizin bir şünəşin zərrəsiyiz!”
Biz isə sözügedən misrada azacıq dəyişiklik edib belə deyərdik:
“Hamımız bir dilin zərrəsiyik!”
(ardı var)
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
Paralel.az