Bu ölkə Rusiya ilə sərhəddə müdafiə istehkamları quraşdırdı
Litva Rusiya ilə sərhəddə yerləşən Panyamuna şəhərində “əjdaha dişləri” müdafiə istehkamları quraşdırıb.
“Paralel.az ” xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Bu, daha effektiv müdafiəni təmin etmək üçün xəbərdaredici addımdır”, - məlumatda deyilir.
Qeyd olunur ki, Litvanı Rusiyanın Kalininqrad vilayətindəki Sovetsk şəhəri ilə birləşdirən Kraliça Luiza körpüsünün qarşısında istehkamlar, o cümlədən minalar və tank əleyhinə “kirpilər” quraşdırılıb.
Qurumdan bildirilib ki, körpünün özü Rusiyanın mülkiyyətindədir, ona görə də Litva yalnız onun qarşısında maneələr quraşdırıb.
Bundan əvvəl Litvanın Belarusla sərhədə yaxın ərazidə Bundesver qoşunlarının daimi yaşayış yeri üçün hərbi bazanın tikintisinə başladığı məlum olmuşdu.