Aydın Əliyevin oğlunun aliment tələbi doğrudur? - Hüquqşünas
Həm kişi, həm də qadın uşağa görə bir-birindən aliment tələb edə bilər. Uşaq kimin yanında qalıbsa, qarşı tərəf ondan aliment istəyə bilər.
Bu sözləri Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin oğlu Orxan Əliyevin keçmiş həyat yoldaşı Rada Musayevadan aliment tələb etməsi ilə bağlı xəbərləri şərh edərkən deyib.
Onun sözlərinə görə, qadın-kişi fərqi olmadan, belə hallarda, kimin maaşı yüksəkdirsə, o, digər tərəfə aliment ödəməlidir:
“Tutaq ki, oğlanın işi yoxdur, işsizdir. Onun ödəməli olduğu aylıq aliment 235 manatdır. Amma xanım işləyir və 2500 manat maaş alırsa, o məvacibin dördə biri qədər aliment ödəməlidir”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin oğlu Orxan Əliyevin keçmiş həyat yoldaşı Rada Musayevadan aliment tələb etməsi ilə bağlı məlumat yayılmışdı.