Dostoyevskinin nəticəsi vəfat etdi

Dostoyevskinin nəticəsi vəfat etdi
 

Sankt-Peterburqda (Rusiya) yazıçı Fyodor Dostoyevskinin nəticəsi Dmitri Dostoyevski 79 yaşında vəfat edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları onun sosial şəbəkə səhifəsində məlumat veriblər.

"Əziz dostlar, dostlarımızın dostları və Dmitri Andreyeviçin izləyiciləri! Bu gün babamız dünyasını dəyişdi", - deyə onlar yazıblar.

Qeyd edək ki, Dmitri Dostoyevski 1945-ci ildə anadan olub. Həyatı boyunca təxminən 20 peşə dəyişib. O, iddia edirdi ki, bu müxtəlif bacarıqlara canatma ona məşhur əcdadından miras qalıb.

 

0.043013095855713