Gürcüstanda LGBT-nin təbliği qadağan olunur

Gürcüstanda LGBT-nin təbliği qadağan olunur
 

Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihələri paketi ikinci oxunuşda qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Qeyd olunub ki, bir sıra müxalifət partiyaları qərarı boykot etdiyi üçün parlamentin plenar iclasına qatılmayıb.

Qanun layihələri paketi 81 səslə qəbul edilib.

Layihələrdə eynicinslilərin nikahı, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların homoseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliği qadağan olunur.

Qeyd edək ki, iyunun 27-də Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihələri paketini birinci oxunuşda təsdiqləmişdi.

 

0.042404174804688