Şimali Koreyada məmurlar kütləvi şəkildə edam edilib - Daşqınlara görə...
Şimali Koreya hakimiyyəti avqustun sonunda 20-30 məmuru ölkənin şimalında güclü yağışlar nəticəsində yaranan daşqınlardan qoruya bilmədiklərinə görə edam edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreya hökumətinin adı açıqlanmayan üzvünə istinadən Cənubi Koreyanın "Chosun" telekanalı məlumat yayıb.
Telekanal qeyd edir ki, edam olunanlar arasında əyalət partiya təşkilatlarının katibləri, yəni əslində əyalət qubernatorları səviyyəsində bir neçə məmur da var.
İyul ayında Çaqando əyalətində böyük daşqınlar baş verib. "Chosun TV" xəbər verir ki, nəticədə əyalətin bir neçə min sakinin öldüyü deyilir. 15 minə yaxın sakin təxliyə edilib, 4,1 minə yaxın evə ziyan dəyib, avtomobil yolları və dəmir yolu əlaqələri sıradan çıxıb, 3 min hektar sahədə əkin sahələri məhv edilib.
Telekanalın məlumatına görə, sular azaldıqdan sonra Şimali Koreya lideri Kim Çen In xüsusi xidmət qatarında baş verən daşqınların təsirinə məruz qalan ərazilərdə vəziyyətlə bağlı təcili iclas keçirib. Şimali Koreya mediası ölkə liderinin bu səfərini "müqəddəs liderlik" və "xalqa xidmətdə hərarətli sevgi və ruhun böyüklüyü" nümayişi adlandırıb.