Paytaxt sakinlərinin bir milyondan artıq pulu ələ keçirildi

Paytaxt sakinlərinin bir milyondan artıq pulu ələ keçirildi
 

Paytaxtda sakinlərin bir milyon manatdan artıq pulunu mənimsəməkdə təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə sərbəst ifadə verən Tənzilə Kərimova vurğulayıb ki, onun təşkil etdiyi onlayn oyunların 11 qrup rəhbəri olub. O, qrup rəhbərlərindən heç birini şəxsən özü tanımayıb.

"Qat" sistemi adlı oyuna cəlb etdiyi 81 nəfərdən hesabına köçürülən 1 milyon 232 min 559 manat ona və qohumlarına məxsus bir neçə bank kartlarına köçürülüb. Daha sonra isə oyunun qalibləri seçilib onlara əlavə ödənişlər edilib. 500 manat ödəniş edən 2500 manat alıb.

Zərərçəkənlərin əksəriyyəti qadınlar olub. Onların bir neçəsi ilkin olaraq müəyyən qazanc əldə etsə də, sonradan hesablarına yatırılan depozitlərin kəsildiyini görüb və bu barədə Daxili İşlər Nazirliyinə müraciət edib.

Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülərək, o, istintaqa cəlb olub.

 

0.018871068954468