Bu ölkədə dəhşət: Keçmiş sevgilisinin qızını itə parçalatdı
ABŞ-də yaşayan Tişayl Elisa Martin naməlum səbəbdən keçmiş sevgilisindən qisas almaq istəyib.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, qəzəbli qadın sevgilisinin 9 yaşlı qızı Camariya Seşından almağa qərar verib.
O, 48 kq ağırlığındakı rokvaylr cinsi itinə azyaşlı qıza hücum etməsini əmr edib. İtin hücumu nəticəsində azyaşlı ölüb.
Qadın daha sonra uşağın meyitini təpikləyib.
Martin birinci dərəcəli qətl və ağırlaşdırılmış uşaq istismarı və laqeydlik ittihamı ilə həbs edilib.
Məhkəmə tibbi-ekspertizasının nəticəsinə görə, Camariyanın ölümünə səbəb başında və bədəninin müxtəlif nahiyələrindəki çoxsaylı travmatik xəsarətlər olub.
Qızın əvvəllər də müxtəlif əşyalarla döyüldüyü və uzun müddət divarda oturması, qollarını yuxarı qaldıraraq yerində qaçması kimi işgəncələrə məruz qaldığı üzə çıxıb.