Rusiyada infeksiya yayıldı: kütləvi zəhərlənmə...

Rusiyada infeksiya yayıldı: kütləvi zəhərlənmə...
 

Baksan şəhərində (Kabardin-Balkar Respublikası, Rusiya) bağırsaq infeksiyasının yayılması ilə əlaqədar 200-dən çox insan həkimə müraciət edib.

Paralel.az xəbər verir ki, bu barədə region prokurorluğunun teleqram-kanalında məlumat verilib.

“Respublika prokuroru Nikolay Xabarovun tapşırığı ilə Baksan şəhərində naməlum etiologiyalı kəskin bağırsaq infeksiyalarının qeydə alınması faktı ilə bağlı yoxlama təşkil edilib. Müəyyən edilib ki, 212 nəfər tibbi yardım almaq üçün müraciət edib, onlardan 63 nəfər, o cümlədən 56 uşaq xəstəxanaya yerləşdirilib. Uşaqların vəziyyəti orta ağırdır”, - məlumatda bildirilib.

Respublika Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda 70 nəfər stasionar müalicə alır.

 

0.038333892822266