Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlandı

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlandı
 

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb.

Paralel.az xəbər verir ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Boş qalan 97 plan yeri üzrə 16 namizəd müsabiqədə iştirak edib. Onlardan 11 nəfər rezidenturaya qəbul olunub.

Rezidenturaya qəbul olmuş namizədlər 5 – 10 sentyabr (18:00-dək) 2024‑cü il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.

Qəbul olunanların siyahısı:

İş nömrəsi

Topladığı bal

Qəbul olduğu ixtisasın kodu

246543

52

311244

246903

50

311211

247921

51

364121

248494

53

364113

249445

57

311552

251161

50

311114

251174

51

352117

252428

50

324115

255342

54

311625

264297

53

316112

278633

58

321134

 

0.054982900619507