1905-ci il soyqırımlarının qisası Güney Azərbaycanda necə alındı?- Dos. Zaur Əliyev
Qatar Digital Library online saytda belə bir mənbə qarşıma çıxdı. “Gazetteer of Persia. Volume I, Simla: Government of Monotype Press, 1910”.
820 səhifəlik mənbənin 525-ci səhifəsində diqqətimi cəlb edən bir yazı çıxdı. Orda 1905-ci ildə Bakıda, Qarabağda Azərbaycan xalqına qarşı soyqırım törədən ermənilərdən güney Azərbaycanlıların qisasını alması yazılır. Bizim diqqəti cəlb edən hissəni tərcümə edirəm:
“Belə hesab etmək olar ki, 1905-ci ilin Məhərrəmlik bayramı zamanı baş verən və əsasən Qarabağ türkləri öz həmvətənlərinin Bakı ermənilərinin əli ilə öldürülməsinin qisasını almaq üçün təşkil edilmiş anti-erməni iğtişaşları daha böyük miqyas alacaq idi. Məşhəd əhalisinə xas olan fanatizm şiddətli xarakterə malik olsaydı, əslində olduğundan daha ciddi nəticələr olacaq idi və ermənilər sağ qalmayacaq idi”
Qeyd edim ki, 20-26 fevral, 19 may, 20 avqust 1905-ci ildə erməni terror təşkilatları Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlara başlayırlar, 50 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilir. Güneydə yaşayan azərbaycanlı qardaşlarımız da bu qisası onlardan alırlar.
Tarixdə düşünməyin ki, daima ermənilər bizi öldürüb və bizim əlimiz boş dayanıb. 1905, 1906, 1918 –ci illərdə baş verən soyqırımlar zamanı bizim dinc sakinlər öldürülsə də, igid insanlarımız onlara daha çox zərbələr vurublar. Minlərlə ermənidən qisasımız alınıb. Biz yazıq xalq olmamışıq. Döyüşkən xalqıq və ermənilər silahsız, yaşlı və dinc insanları, uşaqları, qadınları qəfil yaxalayıb qətl ediblər. Onlar açıq aşkar döyüşə girib bizim igidlərlə üz-üzə gələ bilməzdi. 1991-1993-də və 2020-ci ildə də bunun canlı şahidi olmuşam. Birinci müharibədə hakimiyyət davası olmasa idi, çoxdan müharibə bitmiş idi. Dünyanın harasında yaşamasından asılı olmayaraq da bizimkilər ermənilərə lazimi cavabı veriblər. Elə bu fakt da onu təsdiq edir!
Paralel.az