Komandirin işdən çıxarılması F-16 ilə bağlıdır? - Umerov
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşşukun vəzifəsindən azad edilməsi F-16 qırıcı təyyarəsinin qəzaya uğraması ilə bağlı deyil.
Paralel.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib.
"Yəqin ki, deyərdim ki, bu, rotasiyadır (Oleşşukun vəzifəsindən azad edilməsi - red.). Bunlar iki ayrı məsələdir. İndiki mərhələdə mən onları birləşdirməzdim", - Umerov deyib.
Xatırladaq ki, avqustun 29-da Ukraynaya verilən F-16-lardan biri qəzaya uğrayıb. Rəsmi açıqlamada qəzanın səbəbi haqda məlumat verilməyib.(Axar.az)