Bu gün səhər 15 saylı Birinci Yasamal dairəsinin 24, 25 və 26 saylı məntəqələrində, hətta növbəçilər tapılmadı...
21 saylı tam orta məktəbdə yerləşən 15 saylı Birinci Yasamal seçki dairəsinin seçki məntəqələrində, hətta növbətçiləri belə, tapa bilmədik.
Avqustun 31-də saat 9-dan 10:00-dək Yasamal 21 saylı tam orta məktəbində yerləşən Birinci Yasamal 15 saylı dairənin 24, 25 və 26 saylı məntəqələrdə seçkiyə hazırlığın vəziyyətini öyrənmək üçün getdik.
Yasamal 21 saylı tam orta məktəbdə öyrəndik ki, məktəbdə 4 seçki məntəqəsi var. Bunlardan 3-ü 15 saylı Birinci Yasamal dairəsinin, biri isə Cəbrayıl-Qubadlı dairəsinin qaşqınlar məntəqəsidir.
Biz səhər saatlarında yalnız məktəbin gecə qarovulçusu Azər İsmayılovu və 120 saylı Cəbrayıl-Qubadlı dairəsi(qaçqın) məntəqəsinin növbətçisi Elxan müəllimdən başqa heç kimi görə bilmədik.
15 saylı Birinci Yasamal dairəsinin 24, 25 və 26 saylı seçki məntəqələrində növbəçiliyin təşkil edilməməsi ciddi qanun pozuntusudur və 15 saylı Birinci Yasamal seçki dairəsinin rəhbərliyi hər 3 məntəqənin sədrləri və növbətçiləri haqqında ciddi ölçü götürməlidir.
Sseçki günündən bir gün əvvəl olduğuna baxmayaraq, seçki məntəqəsinin qarşısındakı lövhədən namizədlərin şəkilləri götürülsə də, küçələrdə divarlara vurulmuş şəkillər divarlardan asılı vəziyyətdə qalmış və götürülməmişdi. Bu isə "Ceçki Məcəlləsi"nə görə, ciddi qanun pozuntusudu.
Seçki məntəqələrdə olarkan mətəqə sədrlərinin və üzvlərinin parlament seçkiləri kimi vacib siyasi kampaniyaya laqeyd münasibət bəslədiklərinin şahidi olduq.
Abbas