Paşinyan: "İrəvan Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırdır"
"İrəvan Azərbaycanla onun Naxçıvan Muxtar Respublikası arasında əlaqə üçün kommunikasiyaları açmağa hazırdır, lakin bu yol Ermənistanın suverenliyindən kənarda ola bilməz".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı deyib.