İstanbulda xəstəxanaya silahlı hücum olub, yaralılar var

İstanbulda xəstəxanaya silahlı hücum olub, yaralılar var
 

Türkiyənin İstanbul şəhərində xəstəxananın təcili yardım şöbəsinə silahlı hücum olub, 5 nəfər yaralanıb.

Bu barədə “Report” “TRT Haber” telekanalına istinadən xəbər verir.

“İstanbulun Bahçelievler rayonunda xəstəxananın təcili yardım şöbəsinə bir nəfər və ya bir qrup şəxs tərəfindən edilən silahlı basqın nəticəsində 5 nəfər yaralanıb. Hücum edənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib”, - telekanal məlumat yayıb.

Qeyd olunub ki, zərərçəkənlər arasında polis, jandarm və özəl təhlükəsizlik işçisi, eləcə də iki mülki şəxs var.

“Onların həyatı təhlükədə deyil. Xəstəxana binasına və təcili yardım maşınına da ziyan dəyib”, - məlumatda deyilir.

Hücum zaman istifadə edilən avtomobil daha sonra tərk edilmiş vəziyyətdə tapılıb.

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

 

0.028443813323975