Şəhid anası Prezidentə müraciət etdi: - Şumqayıt bələdiyyəsi problem yaradır
Azərbaycan Respublikasınin Prezidenti Möhtərəm İlham Əliyev cənablarina
Surəti : Azərbaycan Respublikasınin birinci vitse-prezidenti hörmətli Mehriban Xanım Əliyevaya;
Surəti : Heydər Əliyev Fondunun Prezidenti Hörmətli Leyla Xanım Əliyevaya;
Surəti : Azərbaycan Respublikasinin Baş Naziri Cənab Əli Əsədova
Surəti : Azərbaycan Respublikasinin Baş Prokuroru Cənab Kamran Əliyevə
Surəti : Azərbaycan Respublikasinin Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova;
Surəti : Azərbaycan Respublikası Milli Məclisinin sədri
Hörmətli Sahibə Xanım Qafarovaya;
Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Xanım Əliyevaya
Azərbaycanda Qarabağ şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub.
Prezident İlham Əliyev cənabları da şəhid ailələrinə xüsusi həssaslıqla yanaşır, şəhid ailələrinin problemlərinin operativ həll edilməsinə dair daim göstərişlər verir.
Sumqayıt şəhər bələdiyyəsi isə şəhid ailəsinə problem yaradır.
Mənim oğlum Qarabağ müharibəsində şəhid olub. 2004-cü ildə Cənab Prezidentə müraciətimdən sonra Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində mənim üçün ayrılan 8 sot torpaq sahəsini 2 övladım arasında bölüşdürdüm. Bir hissədə övladlarımdan biri özünə ev tikdirdi, hazırda orada ailəsi ilə yaşayır. Qalan hissədə digər övladım ev tikdirmək istəyəndə Sumqayıt bələdiyyəsinin əməkaşı Araz Məmmədxanov (055 826-21-28) buna imkan vermədi, dedi ki,: - “burada uşaq baxçası tikiləcək”.
2024-cü ilin iyul ayında necə oldusa Samir adlı makler (051 976-03-93) mənim üçün ayrılmış torpaq sahəsində (guya uşaq baxçası tikiləcək ərazidə) 1 evi tikdi. İndi isə 2-ci evi tikməyə hazırlaşır.
Maklerə etiraz edəndə bildirdi ki,: - “bu torpağı mən Sumqayıt bələdiyyəsinin əməkaşı Araz Məmmədxanovun vasitəsilə bələdiyyə sədrinin vəzifələrini icra edən Orxan Adıgözəlzadədən (050 252-50-09) almışam”.
Hadisə ilə bağlı 102 xidmətinə şikayət etdik. Lakin işi araşdıran Ferhad adlı polis əməkdaşı (070 528-11-21) dedi ki,: - “mən makler Samiri polis bölməsinə gətizdirə bilmirəm, çağırıram gəlmir?!”
Uşaq baxçasının tikiləcəyini bəhanə edərək şəhid anası üçün Cənab Prezidentin sayəsində mənim üçün ayrılmış torpaq sahəsinə ev tikməyə icazə verməyən Sumqayıt Bələdiyyəsi görəsən hansı maraqla sonradan həmin torpaq sahəsini hansısa maklerə verir və üstəlik 1 deyil, 2 ev tikməsinə şərait yaradıb ?!
Nə oldu bəs uşaq baxçası tikirdiz?!
Budurmu Sumqayıt bələdiyyəsinin Cənab Prezidentin göstərişlərindən çıxardığı “nəticə”, şəhid ailəsinə göstərdiyi “diqqət”, “qayğı”?!
Xahiş edirəm mənim üçün ayrılmış torpaq sahəsində qanunsuz ev tikən Samir adlı makler və onunla əlbir olan Sumqayıt şəhər bələdiyyəsinin özbaşına əməkdaşları barəsində tədbir görməklə yanaşı, mənə məxsus torpaq sahəsində tikilən qanunsuz tikilinin sökülməsi və torpaq sahəmin özümə qaytarılması üçün məndən köməyinizi əsirgəməyəsiniz.
Öncədən Sizə minnətdarlıq edirəm.
Hörmətlə, şəhid anası : Tağıyeva Gülçöhrə Seyid qızı