"Anam Durova görə infarkt keçirib öldü" -  İrina Bolqar

 

Son günlər Parisin Le Burje hava limanında saxlanılma və bir neçə gün sonra sərbəst buraxılma xəbəri ilə gündəmə gələn teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durovun üç övladının anası olduğunu iddia edən İrina Bolqar açıqlaması ilə gündəmə gəlib.

Bundan əvvəl İrina İsveçrədə iddia qaldırdığını və Durovun atalıq hüququndan məhrum edildiyini bildirib. Bu dəfə isə o, teleqramın qurucusunu anasının ölümündə günahlandırıb. 

"Uşaqlarla bağlı vəziyyətimizi biləndən sonra anam infarktdan öldü. Ondan az əvvəl mən də xərçəngdən əziyyət çəkən atamı itirdim. Onun ölümündən bir il keçməmiş anamı itirdim. Mənim üçün çətin idi. Bu doğrudur. Amma sağ qaldım. Böyük itkilə öyrəşməyə çalışdım", - deyə Bolqar açıqlamasında söyləyib. 

O bildirib ki, Durovla mübarizəsi pula görə deyil:

"Bu, maddi resurslar və ya qisas uğrunda mübarizə deyil. Bu, insan haqları uğrunda mübarizədir. Qadın və uşaq hüquqları üçün. Azadlığımı ayrılmaz bir insan hüququ kimi müdafiə edirəm və qanuna uyğun olaraq övladlarımın təhlükəsizliyi və ehtiyaclarının təmin edilməsi hüquqlarını müdafiə edirəm".(Axşam.az)

 

0.031774997711182