II Yelizaveta Putinlə görüşməkdən məmnun deyildi?

II Yelizaveta Putinlə görüşməkdən məmnun deyildi?
 

Böyük Britaniya kraliçası II Yelizavetanın yeni tərcümeyi-halında onun Rusiya prezidenti Vladimir Putin haqqında dediyi açıqlama ortaya çıxıb.

Paralel.az xəbər verir ki, bu barədə Daily Beast məlumat yayıb.

Kitabın müəllifi, jurnalist Kreyq Braun yazır ki, Yelizavet hakimiyyəti dövründə Böyük Britaniyada mübahisəli reputasiyaya malik olan xarici liderlərlə dəfələrlə görüşüb.
Nümunə kimi o, Vladimir Putindən başqa Donald Trampı, Zimbabve prezidenti Robert Muqabeni və İkinci Dünya Müharibəsi zamanı ölkəyə rəhbərlik etmiş Yaponiya imperatoru Hirohitonu xatırladıb.

Kitabda deyilir: "Onların görüşmələri ona heç zaman xoş gəlmirdi."
"Onlar getdikdən sonra o, öz narazılığını özəl şəkildə ifadə edə bilirdi."

Braun 2003-cü ildə kraliçanın Putinlə görüşünün hekayəsini o zaman Britaniyanın daxili işlər naziri olmuş siyasətçi Devid Blunkettin danışdıqlarına əsasən yazıb.

"Anadangəlmə kor olan Blunkett, qəbul otağında Putini qəzəbli şəkildə hürüşilə qarşılayan bir bələdçi köpəklə gedib. Yelizavet, köpəyin Rusya prezidentinə verdiği təpkidən əylənib. Putin - "İtlərin maraqlı instinktləri var, elə deyilmi?" - deyə, o, Blunkettin üzrxahlığına cavab olaraq deyib.

0.021796941757202