Məşhur avtobloqerə minlərlə dollar cərimə gəldi
Məşhur rusiyalı avtobloqer Mişa Litvin son 10 ayda 374 dəfə yol hərəkəti qaydasını pozduğuna görə 416 min rubl (4.5 min dollar) məbləğində cərimələnib.
Paralel.az oxu.az-a istinadən bildirir ki, bütün bu cərimələri o, sürücülük vəsiqəsini ikinci dəfə əldə etdikdən sonra "qazanıb". Belə ki, M.Litvin hələ 2021-ci ildə sürücülük vəsiqəsindən məhrum edilib. Avtobloqer 2023-cü ildə təkrar imtahan verərək yeni sürücülük vəsiqəsi əldə edib və bir neçə ay ərzində dəfələrlə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub.
Avtobloqer, əsasən, sürət həddini aşma, yol xətlərinin tələbini, həmçinin dayanma, durma və parklanma qaydalarını pozduğuna görə cərimələnib.