Həbsdən çıxan azərbaycanlı 1 gün sonra yenə TUTULDU
Rusiyada azərbaycanlı terroçuluğa görə həbs edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, əslən Azərbaycandan olan Rusiya vətəndaşı, 45 yaşlı Əliyev Hüseyn Şahin oğlu qətldə ittiham olunraq məhkum olunub.
Azadlığa çıxandan bir gün sonra isə yenidən saxlanılıb və Yekaterinburqun Mərkəzi Dairə Hərbi Məhkəməsi onun barəsində yeni hökm çıxarıb.
Belə ki, Hüseyn Əliyev həbsdə olarkən məhbus yoldaşlarını terrorçuluğa cəlb etməkdə, habelə internetdə terrorçuluğa açıq çağırışda təqsirli bilinib.
Məlumata görə, o, cəzaçəkmə müəssisəsində məhkumları beynəlxalq terror təşkilatına qoşulmağa razı salıb.
Bu fəaliyyətlərinə görə, məhkəmə onun barəsində 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
O, həbsinin ilk altı ilini ümumi həbsxanada, qalan müddətini isə xüsusi rejimli islah müəssisəsində çəkəcək.
Bu əməllərdə ona kömək edən 49 yaşlı Nijnevartovsk sakini də terror təşkilatında iştiraka görə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hərbi məhkəmənin hökmü qanuni qüvvəyə minib.