Ermənistanda konstitusiya dəyişikliyi olacaq - Nazir

Ermənistanda konstitusiya dəyişikliyi olacaq - Nazir
 


Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Paralel.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, müddətlər ilkin olaraq konstitusiya islahatı komissiyasının işçi müzakirələri zamanı müəyyən edilib: "Kompleks sənəd üzərində hələ ətraflı iş görülməlidir və ictimai müzakirələr aparılacaq".

Nazir əlavə edib ki, əvvəlcə mövcud Konstitusiyaya dəyişikliklərin edilməsi  və ikinci variant kimi tamamilə yeni Konstitusiyanın qəbul edilməsi ətrafında disskusiya olub. "Lakin sonda ikinci varianta üzərində razılığa gəlinib. Biz müzakirə etdik və konsensusa gəldik - bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır", - nazir qeyd edib. 

O əlavə edib ki, komissiyanın işçi iclaslarında Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi məsələsi müzakirə olunmayıb, İstiqlal Bəyannaməsinə istinadın çıxarılması məsələsinə də baxılmayıb.

 

 

0.031636953353882