Ucar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor TƏYİNATI

Ucar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor TƏYİNATI
 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Belə ki, xəstəxananın direktor vəzifəsi İlqar Mustafayevə həvalə olunub.

O, 2004-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.

İlqar Mustafayev 2011-2024-cü illərdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkim, 2020-2024-cü illərdə Bestlab Klinikasında həkim-terapevt, 2020-2022-ci illərdə Məhəmmədi modul tipli Xəstəxanasında həkim-terapevt, 2020-2022-ci illərdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında həkim, 2022-2024-cü illərdə Ucar Rayon Mərkəzi Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkim vəzifəsində çalışıb.

 

0.017802953720093