Ermənilərin Rusiyada satmaq istədikləri çiyələk zəhərli çıxdı
Ermənilərin Rusiya bazarlarına satmaq üçün gətirdikləri çiyələklərin tərkibində insan orqanizmi üçün zərərli maddələr aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı yazıb.
Məlumata görə, avqustun 21-də yoxlama üçün seçilmiş dörd tonluq partiyada trifloksistrobin və tebukonazol pestisidlərinin miqdarı yoxlanılıb.
Bildirilib ki, çiyələklərdə endokrin sistemini məhv edən təhlükəli pestisid - tebukonazol aşkar edilib. Məhsul paytaxtla yanaşı, Rusiyanın digər vilayətlərində də satılmalı imiş.
Qeyd edək ki, avqustun 16-da gətirilən çiyələk partiyasında da pestisid bupirimatın miqdarının çox olması ilə bağlı məlumat yayılmışdı.