Paris məhkəməsi Pavel Durovu azad etdi
Paris məhkəməsi "Telegram"ın yaradıcısı Pavel Durovu azad edib.
Paralel.az BFMTV-yə istinadən xəbər verir ki, hakim Pavel Durovun “ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədilə” polis nəzarəti altında qalmasına xitam verib.
O, məhkəmə zalından azad olunub.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisdə saxlanılıb.