Ailəsi ilə muzeyə gedən uşaq 3500 illik küpü sındırdı
Ailəsi ilə muzeyə gedən azyaşlı 3 min ildən çox yaşı olan tarixi küpü sındırıb.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə İsraildə baş verib.
Belə ki, ailəsi ilə İsraildəki Hext Muzeyinə gedən 4 yaşlı uşaq səhvən 3500 illik tunc dövrünə aid küpü sındırıb.
Eramızdan əvvəl 2200-1500-cü illərə aid olduğu güman edilən əsərin 35 ildir muzeydə sərgiləndiyi bildirilib.
Qeyd edilib ki, əsər muzeyə gələn qonaqlara yaxın olması üçün şüşə örtük olmadan sərgilənib.
Muzeyin müdiri Rivlin baş verən hadisəyə görə anlayış göstərərək ailəni ittiham etməyib və onları yenidən dəvət edib.
Küpün restavrasiya ediləcəyi bildirilib.
Hadisə muzeydə təhlükəsizliklə bağlı müzakirələrə yol açıb.
Qeyd olunub ki, tarixi əsərlərin sərgilənmə siyasətinə yenidən nəzər salınmalıdır.