KİV: Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağıracaq
NATO-nun Baş katibi Yens Stoltenberq avqustun 28-də rəsmi Kiyevin tələbi ilə Ukrayna-NATO Şurasının iclasını çağıracaq.
“Paralel.az ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Görüş səfirlər səviyyəsində keçiriləcək, Ukraynanın müdafiə naziri Rüstəm Umerovun müharibədəki vəziyyət və prioritet hərbi ehtiyaclar barədə videobağlantı vasitəsilə müttəfiqlər üçün brifinq keçirəcəyi gözlənilir”, - deyə agentlik alyans nümayəndəsinin sözlərindən sitat gətirib.