Çox ağır dövrdə yaşayırıq - Lukaşenko

Çox ağır dövrdə yaşayırıq - Lukaşenko
 

Belarus çox çətin bir dövrdə yaşayır, ölkə “ya-ya da” sualı ilə üzləşib.

Paralel.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Respublika Pedaqoji Şurada deyib.

O bildirib ki, Belarusa qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləndən dərhal hökumətə bu sanksiyaları unudub, diqqəti iqtisadi inkişafa yönəltməyi tələb etdim. "Hakimiyyət bununla məşğul oldu və sadə belaruslular genişmiqyaslı sanksiyalar təzyiqini hiss etmədilər", - Lukaşenko qeyd edib.

Bunula belə Lukaşenko ölkə ətrafında yaranmış durumun çox pis olduğunu açıqca dilə gətirib:

"Biz ən çətin dövrlərdə yaşayırıq. Mən cənubumuzda müharibənin getdiyini demirəm. Mən Qərbdə olan bu dəlilərin bizə qarşı hazırladıqları barədə danışmıram. Biz bunu gözdən qaçırmamalıyıq, diqqətdə saxlamalıyıq.

Bu vəziyyətdə ölkəni Qərbdən Şərqə çevrilməni təmin etmək lazımdır. Şərqdə qəbul olunmağımızı təmin etmək laızmdır. Allaha şükür ki, ağır iş olsa da, alınır. Yadınızda saxlamaq üçün deyirəm ki, ölkə çox çətin bir dövrdə yaşayır, sual “ya-ya”dır".

 

0.061146974563599