Hansı ölkənin təhsil təcrübəsi bizə faydalı olar? - Dos. İlham Əhmədov 

Hansı ölkənin təhsil təcrübəsi bizə faydalı olar? - Dos. İlham Əhmədov 
 

Dünyada qabaqcıl təhsil modellərinə malik çox ölkələr var. Təhsili zəif olan ölkələr daim beynəlxalq təcrübəni öyrənib, yaradıcılıqla öz ölkələrində tətbiq etməyə cəhd edirlər. Bizim təhsil islahatları tarixində də belə cəhdlər olub. Amma hamısı da uğursuzluqla nəticələnib.
Fin məktəbləri dünyanın ən yaxşı məktəblərindən hesab edilir.
Bəs görəsən Fin təhsil təcrübəsi bizə faydalı olarmı?
Fin təhsil möcüzəsi bəs necə yaradıldı? Çox sadə:
1. Yoxlama orqanları ləğv edildi, bu qurumları bağladılar. Attestasiya (imtahanlar) yalnız sonuncu sinifdə, özü də universitetə daxil olmaq istəsəniz, öz istəyinizlə ola bilər. Kollecə qəbul isə müsahibə yolu ilə edildi.
2. Nəzarətçi məmurların əksəriyyəti ixtisara salında, onların maaşları müəllimlərin maaşlarına yönləndərildi. Nəticədə müəllimlik yüksək maaşlı yaradıcı işə çevrildi. Pedaqoji təhsilin magistratura pilləsi üzrə müsabiqə - bir yerə 14 nəfərə çatdı. Bu gün Finlyandiyada ən nüfuzlu və yüksək maaşlı peşə müəllimlikdir.
3. Təhsilə nəzarəti mahiyyətcə valideynlər özləri icra edirlər, bunun işlək mexanizləri yaradılmışdır. Bütün normativ sənədlər hamıya əlyetərlidir. Qanunlar tam işləkdir. Maliyyə şəffaflığı və normal kadr siyasəti mövcuddur.
Bütün bunların nəticəsində məktəblər inkişaf etdi. Hər bir məktəb özünəməxsus şəkildə inkişaf etdi. Finlandiya məktəbləri isə bütün Avropada ən yaxşı məktəblərə çevrildi.
Gördüyümüz kimi, finlər təhsildə bürokratiyanı tam ləğv ediblər. Bizim 30 illik təhsil təcrübəmiz göstərdi ki, təhsilin təşkili, idarəedilməsi və inkişafında əsas maneə məmur özbaşınalığı, bürokratiya, sətiştəsizlik və korrupsiyasıdır.
Məktəblərimizin 9,10,11-ci siniflərində tədrisin "təşkilinə" diqqət etsək, hər şey tam aydın olar. Bu təhsildə zəncirvarı, dağıdıcı bir prosesin olduğunu göstərir. 30 ildir bu proses davam edir, amma məmurlar sanki, bunu görmürlər. Niyə?
Kanadada ümumən təhsil nazirliyi yoxdur. Amma dünyanın ən yaxşı təhsil sistemlərindən birinə malikdirlər.
Düzdür, heç bir ölkənin təhsil təcrübəsini biz olduğu kimi tətbiq edə bilmərik. Amma müəyyən korreksiyalarla və elmi təminatla belə müsbət təcrübələrdən faydalana bilərik.
Ən əsası isə, təhsilə dair mövcud qanunların düzgün tətbiq edilməsinə və kütləvi ictimai nəzarətin təşkilinə nail olmalıyıq.
Sertifikasiya sonrası bu prosesin təşkilində ciddi qanun pozuntuları olması barədə mətbuatda silsilə yazılar və videolar yayıldı (MİQ haqqında da belə faktlar çoxdur). Hüquq mühafizə orqanlarının bu qanun pozuntularını araşdırmağa başlaması barədə də məlumatlar da var.
Cəmiyyətdə artıq belə bir fikir formalaşır ki, sertifikasıyanın məqsədi heç də təhsildə keyfiyyətinin yüksəlməsi deyilmiş. Məqsəd tam fərqli imiş.
Maraqlıdır, biz xarici təhsil təcrübəsini tətbiq etmək istədiyimiz halda, görəsən hər hansı bir ölkə (hətta geridə qalan ölkə) bizim təhsil təcrübəmizdən faydalanmaq istərmi? Əminəm ki, heç bir ölkə bizim təhsil təcrübəmizi tətbiq etmək istəməz. Çünki, təhsilimizdə yaxşı heç nə qalmayıb daha. Ona görə də xaricdən çox az tələbə gəlir bizim universitetlərə təhsil almağa gəlir.
Əgər başqa ölkələrin təhsil mütəxəssisləri bizim təhsil təcrübəmizlə yaxından tanış olsalar, bəlkə də dəhşətə gələrlər.
Bizdə olan belə təhsil siyasətini, təhsil təcrübəsini, kadr siyasətini, məktəb dərsliklərimizi hansı ölkə bəyənib, tətbiq edər ki?

Paralel.az 

 

0.10740113258362