Əminəm ki, Durovun həbsi... - Rusiya səbəbi açıqladı
Teleqram mesecerinin qurucusu Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.
Paralel.az xəbər verir ki, belə bir iddia ilə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edib.
O hesab edir ki, teleqram ABŞ-nin heç bir təsiri olmayan internet platformalarından biri olsa da, Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.
Həbsin səbəbini açıqlayan Volodin əminliklə qeyd edib ki, seçkilər ərəfəsində ABŞ prezidenti Co Bayden üçün teleqram platformasına nəzarəti ələ keçirməsi vacibdir.
Xatırladaq ki, Meta-nın qurucusu Mark Zukerberq qeyd edib ki, 2021-ci ildə Bayden administrasiyası Meta-dan bəzi COVID-19 məzmununa, o cümlədən yumoristik və satirik materiala senzura tətbiq etməyə çalışıb.