Bakının daha bir küçəsi təmir işləri ilə əlaqədar bağlanır
Bu gündən etibarən Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılacaq.
Paralel.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə xəbərdarlıq edib.
Bildirilib ki, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi” istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir.