Professorun qəzada ölməsi ilə bağlı cinayət işi başlanıldı

Professorun qəzada ölməsi ilə bağlı cinayət işi başlanıldı
 

Professor Nəsiman Yaqublunun qəzada ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Paralel.az -ın məlumatına görə, Cəbrayıl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə istintaq aparılır.

Hadisə mərhum professor Zəngilandan qayıdarkən, Füzuli rayonunun Nüzgar kəndi ərazisində qeydə alınıb.

 

0.040493965148926