Qusarın icra başçısının müavini İSTEFA VERDİ
Qusar rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu gün vəzifəsindən ayrılıb.
Bu barədə Bizim.Media-ya Zoya Eldarova məlumat verib.
O, öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.
Məlumata görə, Qusar rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.
Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusarın icra başçısı təyin olunub.