Almaniyada festivalda insanlara hücum edən şəxs polisə təslim oldu

Almaniyada festivalda insanlara hücum edən şəxs polisə təslim oldu
 

Almaniyanın Solingen şəhərində festivalda insanlara bıçaqla hücum edən şəxs polisə təslim olub.

Publika.az xəbər verir ki, bu barədə “Bild” yazır.

Məlumata görə, hücumda şübhəli bilinən şəxs hadisədən 26 saat sonra, paltarı qana bulaşmış halda polisə təslim olub.

Saxlanılan şəxs 26 yaşlı Suriya vətəndaşıdır. O, 2022-ci ildə Almaniyaya gəlib və qaçqın statusu alıb.

Xatırladaq ki, Solingen sakinlərinə hücum nəticəsində azı 11 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır. Üç qocanın həyatını xilas etmək mümkün olmayıb.

 

0.025300979614258