"Telegram"ın təsisçisi Fransada saxlanılıb
"Telegram"ın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb.
Paralel.az xəbər verir ki, bu barədə Fransanın LCI telekanalı məlumat yayıb.
39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib.
Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.
Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.