Tarixin qəribə savaşları - Vedrə müharibəsi
1325-ci ildə İtaliyanın Boloniya və Modena şəhərləri arasında müharibə baş verib və bu müharibənin səbəbi adi vedrə olub.
Lent.az bu maraqlı tarixi fakt barədə məlumat verir.
Şəhərlər arasında çoxdan bəri soyuq münasibətlərin davam etdiyi bir vaxtda bir neçə modenalı əsgər cəsarətli olduqlarını göstərmək üçün gecə Boloniyaya gələrək oğurluq edir və yığdıqları qəniməti şəhərin su quyusundan asılmış adi palıd vedrənin içinə dolduraraq qaçır.
Bu hadisə baloniyalılara çox təsir edir və onlar öz elçilərini Modenaya göndərərək vedrədən başqa oğurlanan hər şeyin şəxsi əşya olması səbəbindən yalnız şəhər mülkiyyətinə məxsus vedrəni geri istəyirlər. Modenalılar vedrənin qaytarılması istəyinə rədd cavabı verir və nəticədə 12 il davam edən Boloniya - Modena müharibəsi başlayır.
Minlərlə insanın həlak olduğu müharibənin sonunda Boloniya məğlub olduğundan arzuolunan verdəni geri qaytara bilməyib.
Vedrə hazırda Modena şəhərində muzeydə saxlanılır. Bu fakt onu göstərir ki. savaşmaq arzusu varsa, ən kiçik detal belə bəhanə kimi istifadə oluna bilər.