Hamiləliyini inkar edən qadın müayinədə UŞAQ DOĞDU
Rusiyanın Vladivostok şəhərində son vaxtlara qədər hamiləliyini inkar edən qadın uşaq dünyaya gətirib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, həkimlərin dediyinə görə, səhər tezdən qadın qarnında şiddətli ağrılardan şikayətlə xəstəxananın təcili yardım şöbəsinə gəlib.
“Bütün xarici əlamətlərə baxmayaraq, o, hamiləliyini inkar edirdi. Doğum kreslosuna oturtduq və müayinə üçün kabinetə gətirdilər. Və sonra... doğum başladı! Sürətli! Beş dəqiqədən sonra oğlan uşağı dünyaya gəldi”, - xəstəxananın qəbul şöbəsinin müdiri Yelena Kuzina bildirib.
Ana ginekoloq, cərrah və terapevt tərəfindən müayinə olunub. Qadının, eləcə də körpənin vəziyyəti normaldı. Onlar təcili tibbi yardım maşını ilə başqa bir doğum evinə aparılıb və yerli həkimlərə təhvil verilib.