İsrail Mahmud Abbasın Qəzzaya səfərinə razı olmadı

İsrail Mahmud Abbasın Qəzzaya səfərinə razı olmadı
 

İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etməsinə razı olmayıb.

Paralel.az xəbər verir ki, bu barədə Fələstin Prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi, nazir Riyad əl-Maliki bildirib.

“Biz icazə istəmədik. Prezidentin Qəzzaya gedəcəyini bildirdik. Daha sonra İsrailin cavabı gəldi və bildirildi ki, onlar Prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklər”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Abbasın Qəzza zolağına səfər etmək niyyətində olduğu xəbəri yayılmışdı.

 

0.031387090682983