Ukraynada SOCAR-n boykot edilməsi ilə bağlı kampaniya başlayıb - Asif Nərimanlı 

Ukraynada SOCAR-n boykot edilməsi ilə bağlı kampaniya başlayıb - Asif Nərimanlı 
 

Ukraynada SOCAR-n boykot edilməsi ilə bağlı kampaniya başlayıb. Buna səbəb Azərbaycan şirkətinin “Qazprom”la strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılaşma əldə etməsidir.

SOCAR-ın müharibə vaxtı pulsuz yanacaq verməsindən tutmuş, Ukraynada fəaliyyətinin bu ölkəyə verdiyi iqtisadi xeyirlərinə qədər (ən böyük vergi ödəyicilərindəndir) bir çox məsələni qeyd etmədən bir məqama diqqət etmək lazımdır. Müharibəyə rəğmən, Rusiya qazı hələ də Ukrayna ərazisindən keçərək, Avropaya çatdırılır və bundan “Qazprom” böyük pullar qazanır, rəsmi Kiyev də tranzit haqqı alır. O zaman, nə üçün bu tranzitin ləğv edilməsi tələb olunmur?!

Tranzitin dayandırılmamasını “5 illik müqavilə” ilə izah edirlər. Necə olur ki, Ukrayna Avropanın enerjisiz qalmaması, həm də tranzit haqqı qazanmaq üçün müharibə apardığı Rusiya ilə müqavilənin şərtlərinə əməl edir, Azərbaycandan isə əməkdaşlığı kəsməyi istəyirlər?!

Rusiya qazının Ukraynadan keçərək, Avropaya daşınması ilə bağlı razılaşma bu ilin sonunda başa çatacaq. Avropa İttifaqı isə müqavilənin ən azı 2025-ci ilin sonuna qədər uzadılmasını istəyir və məlumatlara görə, bunun üçün Azərbaycandan Rusiya ilə danışıqlarda vasitəçilik etməsini xahiş edirlər.

Bütün bunların fonunda SOCAR-ın “Qazprom”la əməkdaşlığıan qarşı başlanan kampaniyadan bir nəticə çıxır: Ukrayna özünün etmədiyini Azərbaycanın etməsini istəyir.

Paralel.az 

0.019225835800171