Evinin tualetində olarkən piton cinsiyyət orqanını dişlədi - FOTO
Tanat Thangtevanon adlı şəxs evinin tualetində olarkən unitazdan çıxan 3.6 metr uzunluğunda piton onun cinsiyyət orqanını dişləyib.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Taylandda baş verib.
Ağrı içərisində əlini untiaza salan şəxs pitonla qarşılaşıb. Pitonu tualetdən dartıb çıxaran şəxs ölənə qədər tualet fırçasıyla ilana zərbələr endirib.
Dərhal xəstəxanaya yerləşdirilən Tanata tetanoz iynəsi vurulub.
Həkimlər yarasının ciddi olmadığını və qısa müddətdə sağalacağını bildiriblər. Kişi zəhərli ilan olmadığı üçün şanslı olduğunu bildirib.
Qeyd edək ki, belə hadisələr Taylandda əvvəllər də baş verib. Oxşar piton hücumları 2016 və 2020-ci illərdə də qeydə alınıb.
Pitonlar dünyanın ən böyük ilanlarından biridir və müxtəlif heyvanları və bəzən hətta insanları udurlar.