Anar Məmmədlinin həbs müddəti uzadılıb

Anar Məmmədlinin həbs müddəti uzadılıb
 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti uzadılıb.

"Report" xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsinda hakim Bəxtiyar Məmmədov tərəfindən qərar qəbul edilib.

Qərara əsasən, onun barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Xatırladaq ki, A.Məmmədli bu ilin aprel ayında saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

0.016849040985107