Xəstəxanaya yerləşdirilən qızın mədəsindən çıxanlar şok etdi

Xəstəxanaya yerləşdirilən qızın mədəsindən çıxanlar şok etdi
 

Türkiyənin Hatay vilayətində qarın ağrısı ilə xəstəxanaya üz tutan 20 yaşlı qızın qarnında yad cisim aşkarlanıb.

Paralel.az “Haber 7”yə istinadla xəbər verir ki, xəstə dərhal əməliyyata götürülüb.

Cərrahi əməliyyatla qızın qarnından 50 sm uzunluğunda təxminən 2 kq ağırlığında tük yumağı çıxarılıb.

Mədədə yaranan 1 smlik yırtığa görə qızın bağırsaqlarının da tutulduğu müəyyən edilib.

Gənc qızın 15 ildir saç yemək vərdişinin olduğu üzə çıxıb. Həkimlər bildirib ki, xəstə beynəlxalq ədəbiyyatda saç yeyənlərə deyilən “Rapunzel sindromu”ndan əziyyət çəkir.

Səhhəti yaxşı olan qız psixiatra yönləndirilib.

 

 

0.019090175628662