Bayden mart ayında ölkənin gizli nüvə strategiyasını təsdiqləyib

Bayden mart ayında ölkənin gizli nüvə strategiyasını təsdiqləyib
 

ABŞ Prezidenti Cozef Bayden mart ayında gizli strateji nüvə planını təsdiqləyib. Burada ilk dəfə olaraq Çinin nüvə arsenalları artdıqca, onun cilovlanmasından danışılır.

“Report” xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Belə bir sənədin qəbulu Pentaqonun növbəti onillikdə Çinin ehtiyatlarının həcminə və çeşidinə görə ABŞ və Rusiyanın ehtiyatları ilə rəqabət aparacağına dair fərziyyəsi ilə əlaqələndirilir.

Qeyd edilib ki, Bayden Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə toqquşmalarına hazırlaşmaq üçün də göstərişlər verib.

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp daha əvvəl etiraf etmişdi ki, Çin hazırkı inkişafla nüvə arsenalının həcminə görə ABŞ-ni keçəcək.

0.04081392288208