"Qərb Ukrayna pilotlarına F-16-dan istifadə təlimlərini keçirməyə davam edir" - Pentaqon

 

"Qərb ABŞ-ın Arizona ştatında və Danimarkada F-16 qırıcılarını idarə etmək üçün ukraynalı pilotlara təlim keçməyə davam edir".

APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib.

“Anladığım qədərilə, hazırda ukraynalı pilotlar Arizona və Danimarkada F-16-nı idarə etmək üçün təlim keçirlər”, - Rayder qeyd edib.

0.0096340179443359