Borcunu vermədi, məscidin yanına çağırıb güllələdi - Azərbaycanda

Borcunu vermədi, məscidin yanına çağırıb güllələdi - Azərbaycanda
 

Biləsuvarda güllələnmə hadisəsi baş verib.

Paralel.az APA-ya istinadla xəbər verir ki, Biləsuvar rayonun Aşağı Cürəli kənd sakini 1981-ci il təvəllüdlü Mayis Nəsirov hər iki ayağından güllə yarası alıb. O, rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hadisəyə səbəb usta işləyən Mayil Nəsirovun evini təmir etdiyi şəxsdən qalan borcu istəməsi olub. Bir müddət borclu qalmış ev yiyəsi növbəti dəfə ustanı kənd məscidinin qarşısına çağırıb və görüşə gələn Mayisin ayaqlarına ov tüfəngindən atəş açıb.

Məlumata görə, ev sahibinin ustaya 1000 manat borcu olub.

Faktla bağlı araşdırma aparılır.

 

0.03544807434082